Əcnəbi filmlər uşaqları qlobalizmin nökərinə çevirir

  • Kino
спокойной ночи малышиBizim “çips”lərimiz yox idi, heç çubuqlu şirələrimiz də. Partlamış qarğıdalıya “pop-korn” deyildiyini lap sonralar bildik. Oyun kompüterlərindən, telefon mesajlaşmasından, on-layn çatlaşmasından tamamən xəbərsiz böyümüşdük. Evində telefon olan ailələrdə, adətən, uşaqlara telefonlara cavab vermək yasaq edilirdi. Uşaqlar televizora bəlli bir saatda baxa bilərdilər. Kənd uşaqlarına nisbətdə şəhər uşaqları daha şanslı idilər, çünki onlara axşam saat 8.45-də “Gecəniz xeyrə qalsın, körpələr” verilişinə baxmağa imkan verilirdi. Sovet uşaqlarının hamısı eyni vaxtda yatmağa alışdırılmışdı. Çünki onların rejimi səhər saat 8-də işdə olmaq məcburiyyətinə qatlaşan valideynlərin yuxu rejimi ilə həmahənglik təşkil etməli idi. Axı uşaqlar valideynlərin 8 saatlıq total yuxu rejiminin qarşılığında, azı 9-10 saat yatmalı idilər. 

Sağlamlıq verilişinin qocaman aparıcısı həkim Əlfəddin Abdullayev böyüklərə həmişə axşam saat 10-da yatıb səhər saat 6-da durmağı tövsiyə edirdi. Sonralar öyrəndik ki, sovet liderləri sutkada çox az, cəmi 4-5 saat yatırlar. Amma adi vətəndaşlardan sutkada 8 saat yatmaq tələb olunurdu. İndi adını xatırlamıram, amma belə bir rus filmi vardı. Fəhlə səhər fabrikdə iş başında mürgüləyirdi. Çünki gecə futbol matçını seyr etdiyindən 8 saat yata bilməmişdi. Sex rəisi buna görə fəhləyə ciddi xəbərdarlıq edirdi ki, onun normaya uyğun yatmaması fabrikdə işin gedişinə mənfi təsir göstərir. Fəhlənin iş yoldaşları nəinki işçilərin özəl həyatına qarışan rəisə qəzəbləndilər, əksinə, yoldaşlarının futbola baxmağından dolayı düşdüyü bu duruma görə onu məzəmmət etdilər: “Vaxtında yatmaq lazım idi, Mişa. Görürsən, vaxtında yatmayanda nə baş verir?”
Ardı →

Uşağın inkişafında oyunun rolu

Uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür. 
Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir. 
Uşağın stresi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün “çıxış yolu“ da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər. 
Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkşafını sürətləndirməsidir. 
Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stresdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. 
Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar. 
Ardı →

Uşaqları məktəbə necə hazırlamalı?

Artıq övladınızın məktəbə getmək vaxtıdır, lakin o buna hazırdırmı? Əgər həmyaşıdları ilə oynamağa can atırsa, demək, məktəbə getmək istəyir. Bəs siz bu “ayrılığa” necə reaksiya verəcəksiniz, yəni uşağı məktəbə yollamağa qorxmayacaqsınız ki? Çalışın qorxu-hürkünü özünüzdən uzaqlaşdırın. Uşağın məktəbə getmə dönəmində sizə daha çox ehtiyacı var, bu mənada ona dəstək olmağa çalışın. Bəs uşağı məktəbə necə hazırlamalısınız? Uşağı məktəbə yollamazdan əvvəl bir neçə dəfə özünüz də onunla məktəbə gedin. Ona məktəb haqqında danışın, kitablar oxuyun, məktəbdə nələr edəcəyini başa salın, uşaqlarla oynamaq üçün məktəbə aparın. Beləcə, məktəbə ilk başladığı gün məktəbdə tanışını tapa biləcək və təklik qorxusu yaşamayacaq.


Ardı →

Uşaqları düşündünüzmü heç?

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq? 

Statistika göstərir ki, ötən ilin ilk doqquz ayı ərzində boşanmaların sayı nikahdan daha çox olub. Bu isə arzuolunmaz haldır. Boşanmalardan da əziyyət çəkən, ilk növbədə, uşaqlardır. Belə hallar onların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür, psixoloji baxımdan sarsıntılara səbəb olur. Telekanallar, mətbu orqanlar, elektron informasiya vasitələri Azərbaycanın  regionlarında, eləcə də paytaxtımızda baş verən ailə faciələrindən bəhs edir. Həyəcansız, göynərtisiz oxuya bilmirsən bu xəbərləri. İş o yerə çatıb ki, balta, kürək və digər müxtəlif alətlərlə ağlasığmaz amansızlıqlar edilir, insan başı kəsilir. Oğul atanı, kişi qadını, qadın kişini öldürür, qardaş qardaşın, bacının qanını tökür. Bu hadisələrin əksəriyyətinin azyaşlı uşaqların, yeniyetmələrin gözləri qarşısında baş verməsi isə dəhşətdir. 

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?

Seriallar da ailə dağılmalarında az rol oynamır. Çünki serialların əksəriyyətinin mövzusu amansızlıq, yumşaq dillə desək, qaba rəftar, qeyri-səmimilik, adət-ənənələrə yadlaşma  üzərində qurulub. Əlbəttə, bu da insana yaxşı şey təbliğ etmir. 

Ailədə övlad böyüyür, bir ailənin, bir elin, bir obanın təəssübünü çəkəcək övlad. Onun sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması həm valideyndən, həm cəmiyyətdən, həm də telekanallarımızdan böyük məsuliyyət tələb edir. 


Davamı →

Mübahisə edərkən uşaqları unutmayın

Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.

Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzuolunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə  və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.

Ailə canlı bir sistemdir. Ata-ana arasında xoş münasibət olsa, uşaqların da gələcəyi sağlam struktur üzərində qurula bilər. Bu, valideynlərin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.


Davamı →

Birinci sinif şagirdləri

Biri var idi, biri yox idi. Hər bir uşaq bu sözləri maraqla və zövqlə dinləyir. Nağılları analar nənələr və tərbiyəçilər söyləyir. Uşaqlar isə özlərinə rahat pozada, sevimli yumşaq oyuncaqlarını qucaqlayaraq nağıllara və əhvalatlara qulaq asır.
Uşaqlar məktəbə qədəm qoyduqdan sonra belə xoş gecələr, çox vaxt qayğısız uşaq günləri kimi arxada qalır. İndi onlar özləri oxuyur, özü də nağıl deyil, dərs proqramı. Odur ki, uşaq əvvəlki uşaqlıq günlərinə qayıtmaq, istiliyi və məhəbbəti hiss etmək istəyir. Buna görə də valideyinlər uşaqları bu həzz-dən məhrum etməməlidir. Kişik məktəblilərə axşamlar öz həzin səsləri ilə nağıl oxumağa davam etməlidir. Əlbəttə bu nağılları məktəblilərə uyğun dəyişmək olar. Məsələn əşyalara münasibət haqda, sağlamlığa münasibət, dərsə münasibət, məktəb konfliktləri və s. Belə nağıllar uşağın təxəyyülünü və təfəkkürünü inkşaf etdirir. Bu nağıllarda uşaq qəhrəmanın davranışını izləyir, səhvini görür, bağışlamağı və sevməyi bacarır. Bu günkü nağılımız isə öz övladını birinci sinfə yola salacaq valideyinlər üçündür.
Davamı →

Hiperaktiv uşaqlar

Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, psixi travmalarla, problemlərlə doğulur. Həkimlər bunun səbəbini müasir ekoloji mühitin qadın orqanizmində əmələ gətirdiyi fəsadlarla əlaqələndirir. Bəziləri isə bunu hətta müasir uşaqların spesifik problemləri kimi qəbul edir. Reallıq budur ki, hazırda qiperaktiv və diqqətsiz uşaqların sayı günü-gündən artmaqdadır. Simptomlarına və əlamətlərinə görə bu uşaqlar nə psixikası pozulmuş, nə də sağlam kateqoriyaya aid edilmirlər. Sanki aralıq mövqedə dayanaraq həm valideyinlər, həm də müəllimlər üçün pröblemlər yaradırlar.
Davamı →

Uşağı tərbiyələndirmək üçün qaydalar

Uşağı düzgün tərbiyə etmək böyük elmdir, onların gələcəyi isə  valideyinlərin  elmi biliyindən aslıdır. Ona görə də əgər siz, xoşbəxt, müstəqil, özünə inamlı uşaq tərbiyə etmək istəyirsinizsə,  öz məsuliyyətinizi dərk etməli və  valideyin hüquqlarınızdan sərt istifadə etməməlisiz. Unutmayın ki, gələcəyimizin təminatı olan uşaqlarımızı kamil şəxsiyyət kimi yetişdirmək əsas vəzifəmizdir.   
Beləliklə sizə tərbiyənin əsas prinsiplərini özündə birləşdirən 9 qayda təqdim edirik.
Davamı →

Uşaq tərbiyəsi.Eqoist uşaq

Uşaqların həyatında belə bir dönəm olur ki, onlar durmadan təkrar edirlər: “ Mən hamıdan birinci yedim”, “ Mən hamıdan güclüyəm”, “ Ana, sənin sözünə qulaq asıram, bacı yox, hə?”, “ mən heç nədən qorxmuram” və s. Bütün bunlar özündən müşdəbehlik və razılıq kimi qəbul edilməməlidir. Əslində uşaq öz gücünü və imkanlarını, istəklərini bildirmək, öz “mən” ini göstərmək istəyir ki, bu da təbiidir. O, istəyir ki, hər kəs bilsin ki, o hər şeyi edə bilər, birincini, ikincini, üçüncünü də.


Belə anlarda valideynlər laqeyd dura bilmirlər, uşağının bu sevincini gördükdə həvəslə bunu yaxınlarına, dostlarına danışırlar, hətta uşağın yanında belə onu tərifləməyə başlayırlar ki, “ O, ən ağıllı, səliqəli, bacarıqlı uşaqdı”, bununla da hiss etmədən uşaqlarında eqoizm hisslərinin toxumunu səpmiş olurlar.


Ardı →

Uşaq tərbiyəsində 7 məqam

Valideynlər, uşağın şəxsiyyətin formalaşdığı 3-4 yaşdan etibarən uşağın davranış və inkişafını yaxından izləməli və uşağın əxlaqi anlayışları anlamağa başladığı 7-8 yaşdan etibarən də əxlaqi dəyərləri ona öyrtəməyə başlamalıdırlar. Valideynlərin öz övladına vaxtında vermədiyi əxlaqi tərbiyə ona nə məktəbdə və nə də cəmiyyətdə öyrədiləcək.  Ona görə də, valideynlər gərək övladlarının bütün yaş dövründə xüsusi ilə qeyd edilən yaş dövrlərində övladlarının təlim və tərbiyiyəsinə xüsusi diqqət yetirsinlər.
Bu dövrlədə valideynlər  hansı nöqtələrə diqqət etməlidirlər.


Ardı →